Azərbaycanda kosmetoloq gülməli vəziyyətə düşdü - FOTO

16 May 2018 21:06

Kosmetoloq Elnarə Rzayeva yazdığı şərhlə sosial şəbəkədə müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir paylaşımının altından kosmetoloq başqa profillə özünə tərif yazmaq istəyib. Amma o, yanlışlıqla öz profilindən yazaraq özünü tərifləyib.

"Elnarə xanım olmasa, mənim anam indi həyatını itirmişdi. Allah sizlədir" yazaraq, kosmetoloq öz adını işarələyib.

İzləyicilər isə ona "Deyəsən, başqa profildən yazmaq istəmisiniz, amma səhv alınıb" sözlərini yazıb. 

E.Rzayevanın bu paylaşımı sosial səhifələrdə yayılaraq, tənqid edilib. 

Milli.Az