Pedro Enrike yenidən icarəyə verilir

16 May 2018 11:31

"Qarabağ"la yollarını ayıran Pedro Enrikenin karyerasını harda davam etdirəcəyi qeyri-müəyyəndir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi PAOK-dan da ayrıla bilər.

Məsələ burasındadı ki, Yunanıstan çempionatında ikinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanan Saloniki təmsilçisi heyətində ciddi dəyişikliyə ehtiyac duymur. Baş məşqçi Razvan Luçesku hazırkı heyətin saxlanılmasını və müəyyən mövqelərin gücləndirilməsini istəyib.

Müqavilə ilə kluba məxsus olan Pedro Enrikenin isə qalıb-qalmayacağına rumıniyalı çalışdırıcı qərar verəcək. Həm onun, həm də digər yarımmüdafiəçi Əmr Vardanın başqa kluba transfer olunması və ya icarəyə verilməsi istisna edilmir.

Qeyd edək ki, Pedro Enrikenin PAOK-la müqavilə müddəti 2020-ci ilin yayına qədərdir.

Milli.Az