Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşacaq.
Bu, Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan 3 yoxlama matçından birincisi olacaq. Komandamız üç gündü Bakının qonağı olan Gürcüstan millisini "Dalğa Arena"da qəbul edəcək.
Matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
Yoldaşlıq oyunu
16 may
19:00. Azərbaycan U-20 - Gürcüstan U-20
"Dalğa Arena" stadionu
Milli.Az