ABŞ-da tibb mərkəzində partlayış, ölən və yaralananlar var

16 May 2018 08:35

ABŞ-ın Aliso-Vyexo şəhərində (Kaliforniya ştatı) tibb mərkəzində partlayış baş verib.

Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı bir nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.

Məlumata əsasən, partlayış baş verən yerdə tikinti işləri aparılırmış. Təhlükəsizlik tədbiri kimi yaxınlıqda yerləşən uşaq bağçasının personalı və uşaqlar təxliyə edilib.

Milli.Az