İran mərkəzi bankının rəhbəri ABŞ-ın sanksiyalar siyahısına daxil edilib

16 May 2018 07:55

İran Mərkəzi Bankının rəhbəri Vəliyolla Seyif ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Maliyyə Naziriliyi məlumat yayıb.

Məlumatda deyilir ki, V.Seyif İranın İslam İnqilabı Keşikçiləri Korpusuna dəstəyə görə sanksiyalar siyahısına əlavə edilib.

Bundan əlavə, sanksiyalar siyahısına bir iranlı, bir İraq vətəndaşı, və "Əl-Bilad" bankı əlavə edilib.

Milli.Az