"Çox mədəniyyətsiz insansınız" deyib studiyanı tərk etdi

15 May 2018 22:41

Müğənni Xuraman Şuşalı bu gün qonaq olduğu "Onda başladıq" verilişində qalmaqal yaşayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişin eksperti İntiqam Valehoğlu ifaçıya "Sizin xınayaxdı aparmağa mənəvi haqqınız yoxdu" sözləri Xuramanı özündən çıxarıb.

İfaçı "Mən AzTV kanalının yetirməsiyəm. "Bənövşə" uşaq xorunun aparıcısı olmuşam. Siz indi gəlib burada otura bilərsiz, amma sizin yeriniz efir deyil. Mən fikir verirəm ki, heç sizin mənəvi haqqınız yoxdur ki, danışasınız. Siz insan kimi insan deyilsiz. Sizin səviyyənizə düşüb burada oturmaq istəmirəm. Çox mədəniyyətsiz insansınız" deyərək studiyanı tərk edib.
Qeyd edək ki, verilişin aparıcısı Kamran Həsənlidir.

Milli.Az