Dağ çiyələyinin faydaları

17 May 2018 23:50

Araşdırmaçılar tərəfindən dağ çiyələyi bioloji xüsusiyyətləri və insan sağlamlığına faydaları haqqında çox sayda araşdırmaya mövzu edilmiş şəfalı bir bitkidir. Xalq arasında antiseptik istifadəsi ilə məşhurdur. Yarpaqlarının qanamanı dayandıran, diabet və yüksək təzyiqə faydalı təsirləri vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, zəngin bir antioksidant quruluşu C və E vitaminləri və karotin ehtiva edir.

Dağ çiyələyinin faydaları

- Dağ çiyələyinin qızdırmanı salan, sinirləri sakitləşdirən xüsusiyyəti var.

- Mədə və bağırsaqlardakı tənbəlliyi aradan qaldırır.

- Bədənin müqavimətini artırdığından, xəstəliklərə qarşı qorunmanı təmin edir.

- Öd daşlarının düşməsinə təsir edir.

- Qaraciyər çatışmazlığını və köpü aradan qaldırır.

- Diş daşlarının əriməsində, dişlərin ağardılmasında faydalıdır.

- Dəriyə təzəlik verir, sızanaq müalicəsində faydalıdır.

- Böyrək xəstəliklərinə qarşı təsirlidir.

- Damar sərtliyinə, oynaq iltihablarına, revmatizmə qarşı müsbət təsirləri var.

- Viruslar qarşı təsirlidir, vitamin mənbəyidir.

- Xərçəngə qarşı qoruyucu, inkişaf etməsini əngəlləyən bir qidadır.

- Bədəndən sərbəst radikalların atılmasını təmin edir.

- Bağırsaq qurdlarının salınmasını təmin edir.

Milli.Az