Günorta namazı qılan şəxs üç yoxsa dörd rükət qılmasında şəkk etsə...

17 May 2018 21:45

Namazın şəkkiyyat (yəni şəkkə səbəb oln hallar) bölümü əhatəlidir və şəkkin xırdalıqları risalələrdə ətraflı izah edilib. Üçüncü və dördüncü rükətlər arasında şəkk etmək də bu hökmlərin bir qismidir. Əvvəla, şəkk o hala deyilir ki, insan iki fikir arasında qalır və heç birinə tərəf meyillənə bilmir. Əgər bir tərəfə daha çox ehtimal verirsə, məsələ şəkk halından çıxır və insan gərək həmin ehtimal verdiyi hala uyğun hərəkət etsin.

Milli.Az islam.az-a istinadən bildirir ki, dörd rükətlik namaz qılan şəxs namazın istənilən yerində üçüncü ya dördüncü rükətdə olması barədə şəkk etsə, dörd rükət qıldığını qəbul edib namazı tamamlamalıdır. Bundan dərhal sonra qiblədən dönmədən və artıq söz söyləmədən ehtiyat namazı qılmalıdır. Ehtiyat namazının qılınma qaydası belədir: Namazı bitirəndən dərhal sonra qalxmalı, ehtiyat namazının niyyətini edib təkbir söyləməli, sonra "Fatihə" surəsini oxumalı, rüku və iki səcdə etməli, təşəhhüd və salamları deməlidir.

Milli.Az