Məşhur serial bitir

15 May 2018 19:36

"Fox TV"də yayımlanan "Adı: Zehra" serialı artıq final edəcək. 

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, serialın son, yəni 14-cü bölümü mayın 26-da yayımlanacaq. 

Ekran işinin belə tez bitməsinə səbəb reytinq toplamaması olub. Final xəbərini eşidən izləyicilər isə serialın bitməsini yox, efirə getdiyi günün dəyişdirilməsini təklif ediblər.

Qeyd edək ki, serial bu ilin fevralından etibarən yayımlanır.

Milli.Az