Netanyahu Ərdoğana: "İsrailə ağıl öyrətmə"

15 May 2018 16:33

İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İsrailə "ağıl öyrətməməyi" məsləhət görüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə B.Netanyahu öz "Twitter" səhifəsində yazıb.

İsrailin baş naziri vurğulayıb ki, R.T.Ərdoğan terrorun və qırğının nə olduğunu bilir:

"Şübhəsiz ki, o, terrorun və qırğının nə olduğunu bilir. Ona görə də mən ona İsrailə ağıl öyrətməməyi məsləhət görürəm".

Milli.Az