Goranboyda 5 yaşlı uşağı maşın vurdu

15 May 2018 16:17

Goranboy rayonunda azyaşlını avtomobil vurub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Kən ərazisindəki yolda 2013-cü il təvəllüdlü Quliyev Mayıl Kamil oğlunu maşın vurub.

Xəsarət alan uşaq xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az