"Azərbaycanda 100-dən çox startap layihəsi maliyyələşdirilib"

15 May 2018 16:43

"İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycanda 112 startap layihəsini maliyyələşdirib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Microsoft Imagine Cup Azerbaijan" müsabiqəsinin qaliblərinin mükafatlandırılması zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

R.Quluzadənin sözlərinə görə, müsabiqədə iştirak etmək üçün minə yaxın startap layihəsi qəbul edilib:

"Təxminən 20 layihə real biznesə çevrilib və investisiya cəlb edib".

Milli.Az