Neftin qiyməti 2014-cü ildən bəri ilk dəfə 79 dolları ötdü

15 May 2018 16:21

Hazırda "Brent" markalı neftin qiyməti 2014-cü ilin noyabr ayının 25-dən bəri ilk dəfə 79 dollar/bareli ötüb.

Milli.Az report-a istinadən xəbər verir ki, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 79,10 dollar/barelə bərabər olub.

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 71,61 dollar/barelə çatıb.

Milli.Az