Fransa Ukrayna ərazisini Rusiya kimi göstərdi

15 May 2018 15:05

Fransa Mədəniyyət nazirliyi Sevastopolun yerini xəritədə səhv göstərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Muzeydə gecə-2018" beynəlxalq tərbirində Sevastopolda yerləşən Kroşitski muzeyinin Rusiyada yerləşdiyi qeyd olunub.

Daha sonra səhv düzəldilib və Rusiyanın yerinə Ukrayna yazılıb.

Qeyd edək ki, Krım 2014-cü ildə yarımadada keçirilən referendum nəticəsində Rusiyanın tərkibinə qatılıb. Ukrayna və Qərb ölkələri səsvermənin nəticələrini tanımır. Rusiya Prezidenti Vladimir Putin isə deyib ki, Krım "söhbəti" birdəfəlik bağlanıb.

Milli.Az