Aktrisa 3 illik həbs olundu

15 May 2018 14:46

Aparıcı-aktyor Vatan Şaşmaz və keçmiş model Filiz Akerin cəsədinin görüntülərini mediaya sızdıran polis məmuru və aktrisanın məhkəməsi başa çatıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, prokuror polis məmurunun 7, aktrisanın isə 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. 

Xatırladaq ki, polis məmuru fotoları yaydıqdan sonra aktrisa onları satmağa çalışıb.

Qeyd edək ki, keçmiş model Filiz Aker eşq yaşadığı Vatan Şaşmazı otel otağında güllələdikdən sonra intihar etmişdi.

Milli.Az