İtaliyada ƏMƏLİYYAT - “Sakra Korona Unita” mafiyasının 12 üzvü saxlanıldı

15 May 2018 14:42

İtaliyanın cənubundakı Apuliya vilayətində mafiyaya qarşı əməliyyat keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Brindizi şəhərində keçirilən əməliyyat nəticəsində "Sakra Korona Unita" mafiyasına mənsub olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, mafiya üzvləri bir-birləri ilə şifrələnmiş məktublarla ünsiyyət saxlayırmışlar.

Saxlanılanlar barəsində qanunsuz silah saxlamaq, narkotik ticarəti və mafiya fəaliyyəti kimi ittihamlar irəli sürülüb.

Milli.Az