Keks sevənlər üçün asan resept

18 May 2018 07:00

Milli.Az axşam.az-a istinadən yaş keksin evdə bişirilmə üsulunu təqdim edir.

Lazım olan ərzaqlar:
3 yumurta
 
Stəkan yarım şəkər tozu

Stəkan yarım süd

1 stəkan duru yağ

1 paket kakao

2 stəkan un

Vanil

Qabartma tozu

Üstü üçün sous:

1 stəkan kakaolu qarışım

Yarım stəkan süd

Hazırlanması:

Yumurta və şəkər tozunu çırparaq köpüklədin. Süd, duru yağ və kakao əlavə etdikdən sonra təkrar çalın. Bu qarışımdan bir stəkan ayırın. Qalan qarışıma qabartma tozu, vanil və un əlavə edərək qarışdırın. Əldə etdiyiniz keks və xəmirini yağlanmış soba qabına tökərək, əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobaya qoyun.

Ayırdığınız 1 stəkan sousa yarım stəkan süd əlavə edib 1 buğum qaynadın. Keksinizi sobadan çıxardıqdan 10 dəqiqə sonra üzərinə soyuq sousu tökün.

Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.

Milli.Az