Misirdə turist yaxtası batdı

15 May 2018 13:34

Misirin Hurqada kurort şəhərinin sahillərində turist yaxtası batıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı yaxtada 14 nəfər olub.

Bildirilir ki, qəza dəniz gəzintisi zamanı baş verib. Qəzaya səbəb yaxtanın dənizdəki böyük mərcanların üzərinə çıxması göstərilib. Sahil-mühafizə xidmətinin müdaxiləsi nəticəsində yaxtadakı sərnişinlər və heyət üzvləri xilas edilib.

Qeyd olunur ki, turistlər hamısı Misir vətəndaşları olub.

Milli.Az