Ermənistanda sement zavodunun işçiləri etiraz edirlər

15 May 2018 12:50

Ermənistanın Ararat rayonunda sement zavodunun işçiləri etiraz aksiyası keçirirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları maaşların vaxtında verilməsini, eləcə də əməkhaqlarının qaldırılmasını tələb edirlər.

Zavod rəhbərliyi işçiləri aksiyanı dayandırmağa çağırsa da, cəhdləri heç bir nəticə verməyib.

Milli.Az