Özillə Gündoğan Ərdoğanla görüşdü - Qrindel əsəbiləşdi - FOTO

15 May 2018 11:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfər edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, səfər zamanı Almaniya yığmasının İngiltərədə çıxış edən türk əsilli futbolçuları - Məsut Özillə İlkay Gündoğan da Ərdoğanla görüşüb. "Everton"da çıxış edən Cenk Tosun da prezidentlə görüşə gəlib. Onlar Ərdoğana imzalı formalar hədiyyə ediblər.

Özillə Gündoğanın bu addımı Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindelin xoşuna gəlməyib. O, "Tvitter"də yazdığı statusda futbolçuların Ərdoğanla görüşməsini qınayıb. Qrindel onları Türkiyə prezidentinin seçki təbliğatına dəstək verməkdə ittiham edib.

Milli.Az