Qırmızı xalıda pərt oldu - FOTO

15 May 2018 15:27

Fransanın Kann şəhərində keçirilən 71-ci beynəlxalq kinofestivalda tanınmış kinorejissor Spayk Linin "BlacKkKlansman" filminin premyerası olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, premyera mərasimində qırmızı xalıdan keçənlər arasında Bella Hədid, Uinni Herlou və Nataşa Poli də vardı.

"Palais des Festivals"dakı mərasimdə 21 yaşlı Bella Hədid diqqəti cəlb etmişdi.

Lakin Kann kinofestivalının münsiflər heyətinin üzvü, aktrisa Kirsten Stüart qırmızı xalıdan keçərkən ayaqqabılarını çıxarıb. Nəticədə kameralar ona tuşlanıb.

Pərt olmuş K.Stüart xalıdan tələsik keçərək salona daxil olub.

Milli.Az