Möhtəşəm rekordu bütün şəhər bayram etdi - FOTO

15 May 2018 15:09

İngiltərənin "Mançester Siti" klubu premyer-liqada çempionluğunu bayram edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mövsüm ərzində 100 xal toplayaraq çempionluq titulunu qazanan və bu minvalla İngiltərənin futbol tarixində bir ilkə imza atan "şəhərlilər"i Mançester küçələrinə axışan 100 minə yaxın insan təbrik edib.

Mançesterlilər komandanın futbolçularını və baş məşqçi Xosep Qvardiolanı alqışlayıblar.

Komandanın iki avtobusu şəhər küçələrindən keçərkən "Mançester Siti"nin futbolçuları pivə içiblər, mahnılar oxuyublar.

Milli.Az