"Hə, narkotik maddə qəbul etmişdim" - Məşhur müğənni - FOTO

15 May 2018 14:10

Populyar britaniyalı müğənni və bəstəkar, qalmaqalları ilə məşhur olan Lili Allenlə bağlı yeni xəbər yayılıb. Sən demə, 2008-ci ildə "Glamour Awards" mükafatının təqdimat mərasimində L.Allenin səndərləyərək yıxılmasının və maşına aparılmasının səbəbi narkotik preparat qəbul etməsi imiş.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 33 yaşlı L.Allen olayı inkar etməyib. Onun həmin mərasimdə "at dozası"nda kokakin qəbul etdiyi də istisna olunmur.

"Hə, narkotik maddə qəbul etmişdim. Ona görə də mərasimi yarımçıq tərk etmədi oldum", - Lili Allen Twitter-dəki profilində yazıb.

Milli.Az