Sabirabadda yeni doğulan 2 körpə öldü

15 May 2018 09:20

Sabirabadda iki körpə doğuşdan bir neçə saat sonra ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində yeni doğulan 2 körpə doğuşdan sonra ölüb. Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlan cinsindən olan körpəsi səhər saatlarında ölüb.

Elə həmi saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saat qaldıqdan sonra ölüb. Doğulan körpələrin hansı sbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideyinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Uşaqların meyitləri Sabirabad Məhkəmə Tibbi Ekspertia və Pataloji Anatomiya Mərkəzinə müayinə olunmaq üçün yerləşdirlib.

Hazırda faktla bağlı hüquq-mühafizə oranları tərəfindən araşdırma aparılır. 

Milli.Az