Türkiyə 3 günlük matəm elan edib

14 May 2018 23:54

ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu hökumət təmsilçisi Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ankara həmçinin ABŞ və İsraildəki səfirlərini geri çağırıb.

Qəzza zolağında İsrail hərbçiləri ilə baş vermiş toqquşmalar nəticəsində 55 fələstinli ölüb, daha 3 mini nəfərə yaxın insan isə yaralanıb.

Milli.Az