İstanbulda aksiya keçirilir: etirazçılar İsrail və ABŞ əleyhinə şüarlar səsləndirir - FOTO

14 May 2018 22:47

İstanbulda İsrailin Qəzzada hərəkətlərinə qarşı etiraz aksiyası keçirilir.

Trend-in Habertürk-ə istinadən verdiyi məlumata əsasən, aksiyada minlərlə insan iştirak edir. Qeyd olunur ki, etirazçılar həmçinin ABŞ-ın İsraildəki paytaxtını Tel-Əvivdən Qüdsə keçirməsi qərarına qarşı çıxış edirlər.

Aksiya iştirakçıları İsrail və ABŞ əleyhinə şüarlar səsləndirir. Aksiyalar İstanbulun İstiqlal küçəsi və Taksim meydanında keçirilir.

Milli.Az