Toy karvanında qayda pozan sürücü tapıldı, ağır cəzalandı - VİDEO

14 May 2018 22:32

99-XU-095 qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edərək digər sürüclər üçün qəza şəraiti yaradıb.

Milli.Az bildirir ki, kadrlardan belə aydın olur ki, yol hərəkəti qaydasını kobud şəkildə pozaraq hərəkətin əksinə doğru gedən sürücü toy karvanındadır.

Sürücünün yanında olan sərnişin bəy-gəlin avtomobilinin qarşısını bu şəkildə kəsərək onlardan şirinlik istəyir.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sürücünü aşkar ediblər. Məlum olub ki, qayda pozan sürücü 26 yaşlı Məmmədov Orxan Əmrah oğludur.

İnzibati araşdırma zamanı məlum olub ki o, avtomobili kirayə götürərək idarə edib. Sürücü törətdiyi inzibati xətaya görə 4 bal və 100 manat məbləğində cərimələnib. Orxan Məmmədov törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hərəkət etməyəcəyəni bildirib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Toy karvanında qayda pozan sürücü tapıldı, ağır cəzalandı