Ramazan ayı başlayır: restoranlar iftar menyuları hazırlayır - QİYMƏTLƏR - VİDEO

14 May 2018 21:53

Ramazan ayının yaxınlaşması ilə əlaqədər bəzi restoranlar oruc tutan insanlar üçün iftar menyuları hazırlayıblar.

Milli.Az bildirir ki, 11 ayın sultanı Ramazan ayının başlamasına sayılı günlər qalıb. Artıq paytaxta bəzi restoranlar Ramazan ayına özəl hazırlıqlar görüb. Belə ki, bəzi restoranlar oruc tutanlar üçün iftar menyuları hazırlayıblar.

Qiymətlər isə menyuda olan yemək çeşidlərinin sayına görə dəyişir. Şəhər restoranlarında iftar menyularının minimum qiyməti 7-10 manatdan başlayır.

Restoranlarda bahalı iftar menyularının qiymətləri isə əsasən 20 manatdan başlayır və 60 manata qədər davam edir.

Bundan başqa, bəzi restoranlarda imsaq menyuları da təklif edilir. Burada səhər yeməkləri limitsiz olaraq verilir və qiymətlər 10 manatdan başlayır.

Bu arada, bu gün Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanğıc tarixini açıqlayıb. Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i günü mayın 17-nə təsadüf edir. Ramazan ayının son günü isə iyunun 14-ə təsadüf edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ramazan ayı başlayır: restoranlar iftar menyuları hazırlayır - QİYMƏTLƏR