"Milan"ın sabiq futbolçusu İtaliya komandasının baş məşqçisi olub

14 May 2018 21:41

İtaliyanın "Milan" komandasının sabiq futbolçusu Alessandro Nesta İtaliya B Seriyasında mübarizə aparan "Perucia" komandasının baş məşqçisi olub.

Milli.Az report.az-a istinadən bildirir ki, o, bu postda Roberto Bredanı əvəzləyib. 

Nesta artıq yeni komandasını məşqə də çıxarıb.

Qeyd edək ki, "Perucia" İtaliya B Seriyasında sona bir tur qalmış 60 xalla 8-ci pillədə qərarlaşıb. Komanda A Seriyasında çıxış etmək üçün pley-off oyunlarında iştirak edəcək. Nesta 2016-2017-ci illərdə ABŞ-ın "Mayami" komandasının baş məşqçisi olub.  

Milli.Az