Nazarbayevdən maraqlı TƏKLİF: Qara dənizlə Xəzər arasında kanal tikilsin

14 May 2018 19:17

Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinə Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

Milli.Az bildiirir ki,Trend-in məlumatına görə, bu təkliflə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Soçidə qurumun iclası zamanı çıxış edib.

Qazaxıstan prezidenti bildirib ki, hər iki dənizi birləşdirəcək "Avrasiya" kanalı perspektivli layihələrdən ola bilər.

Bundan başqa, N.Nazarbayev Rusiya və Qazaxıstan ərazisindən keçəcək "Avrasiya" avtomagistralının tikilməsi təklifi ilə də çıxış edib.

Milli.Az