Voleybolçularımız Avropa Liqasının qızıl mərhələsində mübarizə aparacaq

14 May 2018 19:50

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası may ayında start götürəcək Avropa Liqasının qızıl mərhələsində mübarizə aparacaq.

Milli.Az bildirir ki, Trend Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir ki, A qrupunda mübarizə aparacaq komandamız Portuqaliya, Ukrayna, Bolqarıstan milliləri ilə ev-səfər oyunlarında qarşılaşacaq.

Bakıda keçiriləcək ev oyunlarının Dərnəgül Voleybol Mərkəzində təşkil olunması nəzərdə tutulub.

Hər qrupda birinci yeri tutacaq komanda Avropa Liqasının final oyununda iştirak edəcək. Final oyunları 15 iyun 2018-ci il tarixində Macarıstanın Budapeşt şəhərində keçiriləcək.

Komandamızın qrup mərhələsində görüşlərinin proqramı:

Azərbaycan - Ukrayna
19.05.2018/ saat 18:00

 

Azərbaycan - Portuqaliya
23.05.2018/ saat 18:00

Bolqarıstan - Azərbaycan
26.05.2018

Azərbaycan - Bolqarıstan
30.05.2018/ saat 18:00

Portuqaliya - Azərbaycan
02.06.2018

Ukrayna - Azərbaycan
06.06.2018

Milli.Az