Neymar: "Bu, məni artıq bezdirir"

14 May 2018 17:57

PSJ-nin hücumçusu Neymar Fransa Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz daha sonra adının "Real"la hallanmasına münasibət bildirib.

"Hər transfer pəncərəsində eyni şeylər baş verir. Fikrimcə, bunu müzakirə etmək üçün münasib vaxt deyil. Hər kəs bura nə üçün gəldiyimi bilir. İndi transfer haqqında danışmaq yox, 2018-ci il dünya çempionatında uğurlu çıxışa köklənməliyəm. Həyatım boyu insanlar transfer pəncərəsi açılan kimi bu məsələləri ortaya atırlar. Bu, məni artıq bezdirir".

Milli.Az