"Mançester Siti"nin müdafiəçisi "Ştutqart"a keçir

14 May 2018 17:24

"Mançester Siti"nin müdafiəçisi Pablo Maffeo karyerasını Almaniyada davam etdirəcək.

oal.az xəbər verir ki, 20 yaşlı futbolçu "Ştutqart"la müqavilə imzalayıb. Transferin 9 milyon avroya başa gəldiyi deyilir.

İspan müdafiəçi "şəhərlilər"in heyətində meydana çıxmayıb. O, son iki mövsümü "Jirona"da icarə əsasında oynayıb. Maffeo "Barselona"nın yetirməsidir, bir müddət "Espanyol"un əvəzedici komandasında oynayıb.

"Ştutqart" geridə qalan mövsümdə Bundesliqada 7-ci yeri tutub.

Milli.Az