“Ora öpüşmək yeri deyil” - Eyvanda nə etmək olmaz? - VİDEO - FOTO

14 May 2018 19:23

Eyvan, yaşayış binaları sakinlər üçün ən arzuolunan yer sayılır. Əksəriyyət bu balaca ərazini fərdi evin həyətyani sahəsi kimi qəbul edir. İllər öncə şəhər və rayonlarda eyvandan həyət evinə xas xüsusiyyətlər üçün də istifadə edilirdi. Samovar qaynatmaq, manqal qalamaq, sərin havada nahar və şam etməyə kimi.

ARB TV-nin "Günə Doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Son illər eyvanların həm quruluşu, həm də istifadə imkanları xeyli dəyişilib. Hətta indiki halda, eyvanlar cütlüklər üçün romantik məkan rolunu da oynayır. Şəkilləri çəkilən "balkon sevdalıları" sosial medianın manşeti də oldu. Onların bu hərəkəti əksəriyyət tərəfindən normal qarşılanmayıb.

Sevinc Bəxtiyar - Şəhər sakini: "Yaxşı baxmıram. Ora öpüşmək yeri deyil".

Son illər daşınmaz əmlakla bağlı qəbul edilən qanunlar eyvanlara bəzi qadağalar gətirib. Ekpertlərin fikrincə, elə sakinlər var ki, hələ də yaşayış binası anlayışını tam mənimsəməyib.

Ramin Osmanov - Ekspert: "Gecə saatlarında səs-küy salmarlarına görə 100 manat cərimə də oluna bilərlər".

Qəbul edilən qaydalara əsasən, eyvanlarda tütün məmulatlarının qəbulu da qadağan edilib. Xirda bir nüans olsa da buna görə cərimə də nəzərdə tutulur. Digər bir olmaz isə küçələr və prospektlərə baxan eyvanlardan paltar asmaqla bağlıdır.

Amma yaşayış sahəsi kimi eyvanlarda da təhlükəsizliklə bağlı qaydalar var.  Əgər bu eyvandan qonşuya ziyan dəyərsə, vətəndaş mənzilin bu hissəsindən istafadə imkanından məhrum da edilə bilər.

Reallıq ondan ibarətdir ki, sakinlər eyvanı evinin bir hissəsi hesab edir və buradan istədiyi kimi istifadeəetmək hüququ olduğunu düşünür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: