İsrail klubu ABŞ prezidentinin adını götürdü - FOTO

14 May 2018 18:40

İsrailin "Beytar" klubu adını dəyişdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəsmən "Beytar Tramp Yerusalem" adlanacaq. Bu ad ABŞ prezidenti Donald Trampın şərəfinə götürülüb. O, bir neçə ay öncə ərəb və yəhudilərin birlikdə yaşadığı Qüds şəhərini İsrailin paytaxtı kimi tandığını bildirmişdi. Şəhəri təmsil edən "Beytar" bu yolla Trampa minnətdarlığını bildirib.

Sözügedən klub 6 qat İsrail çempionudur. Bu mövsüm liqada 2-ci yeri tutan komanda növbəti mövsüm Avropa Liqasına vəsiqəni təmin edib.

Milli.Az