"Mançester Siti"dən 7 illik müqavilə - FOTO

14 May 2018 19:16

"Mançester Siti" qapıçısı Ederson Moraeslə yeni müqavilə bağlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "şəhərlilər"in mətbuat xidməti yayıb. Mançester təmsilçisi 24 yaşlı qolkiperlə 2022-ci ildə bitəcək müqavilə müddətini 2025-ci ilədək uzadıb.

Ederson MS-yə ötən ilin yayında "Benfika"dan 40 milyon avroya transfer olunub. Braziliyalı qapıçı cari mövsümdə şans qazandığı 45 matçda 36 qol buraxıb, 21 qarşılaşmada qapısının toxunulmazlığını qoruyub saxlayıb.

Milli.Az