Tanınmış cütlükdən şad xəbər - FOTO

14 May 2018 22:41

3 il əvvəl ailə quran aktyor-rejissor Engin Hepileri ilə aktrisa Beyza Şəkərcidən xəbər var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük valideyn olmağa hazırlaşır.

Bu barədə Engin sosial mediada məlumat verib. O, ata olacağı xəbərini izləyicilərinə ilə bu qeydlə bildirib:

"5 aydır dünyaya qışqırmaq istəyirəm. Ata olacağam. Canıma can qatan həyat yoldaşım, səni çox sevirəm".

Qeyd edək ki, Hepileri ilə Beyza "İntikam" serialının çəkilişləri zamanı tanış olublar. Cütlük 2015-ci ilin mayında nikah masasına oturub. 

Milli.Az