Deputatın oğlu restoranların birində döyüldü - Ukraynada

14 May 2018 13:05

Ukrayna Ali Radasının deputatı Nestor Şufriçin oğlu Aleksandr Kiyevdə döyülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtda yerləşən restoranların birində baş verib.

Müxalifət fraksiyasından olan millət vəkilinin oğlu hazırda xəstəxanadadır. Aleksandr baş və bədənin müxtəlif nahiyələrindən xəsarət alıb.

Deputat oğlu bildirib ki, onu döyənlər özlərini polis kimi təqdim ediblər.

Hadisə ilə bağlı iki şübhəli şəxs saxlanılıb.

Milli.Az