Bir komanda sirk qurmaq istəyirdi - Kloun da tapmışdılar

14 May 2018 19:57

"Şaxtyor" Ukryana çempionatının 31-ci turunda "Veres"ə qalib gələrək, vaxtından əvvəl çempionluğu təmin edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Şaxtyor"un baş məşqçisi Paulo Fonseka qarşılaşmadan sonra fikirlərini bildirib. O, "Şaxtyor"un çempion olmaması üçün kimlərinsə qara işlər gördüyünü deyərək, sərt ifadələr işlədib:

"Biz hər üç titulu qazandıq. Ötən il isə iki titul əldə etmişdik. Çempionluğu daha istəkli komanda qazandı. Biz hamıya və hər şeyə qarşı mübarizə apardıq.

İnanılmaz dərəcədə xoşbəxtəm. Bu, bizim prezidentimizin, azarkeşlərimizin, klubda çalışan hər kəsin qələbəsidi. Bir komanda çempionatda sirk qurmaq istəyirdi. Onlar bunun üçün kloun da tapmışdılar. Amma biz onlara şans vermədik".

"Şaxtyor" 11-ci dəfə Ukrayna çempionu olub.

Milli.Az