Məşhur aktrisa NETFLİX-i sevindirdi - FOTO

14 May 2018 11:47

ABŞ-ın Netflix onlayn kino və vidoservisi tarixində ilk dəfə olaraq BAFTA mükafatında nüfuzlu ödül alıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, NETFLİX-in çəkdiyi və onlayn nümayiş etdirdiyi "The Crown" teleserialında baş rolda oynamış 30 yaşlı britaniyalı aktrisa Vanessa Kirbi "Ən yaxşı arxa plan aktrisası" nominasiyasında "British Academy Television Awards" mükafatını alıb.

V.Kirbi serialda şahzadə Marqaret rolunu oynayır.

"Cəsarətli, iradəli, soyuqqanlı personajı canlandırıram. Özümü dünyanın ən bəxtəvər insanı kimi hiss edirəm", - V.Kirbi mükafatı alarkən deyib.

Milli.Az