BAFTA: qırmızı xalıda parlayanlar - FOTO

14 May 2018 11:05

Britaniyada televiziya sahəsində ən nüfuzlu mükafat sayılan "British Academy Television Awards"ın (BAFTA) təqdimat mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Londondakı "The Royal Festival Hall"da keçirilmiş mərasimə Britaniya ilə yanaşı, ABŞ və Kanadanın da teleməkanının ulduzları, məşhur simaları qatılmışdılar.

Syu Perkinsin aparıcı olduğu mərasimin qırmızı xalısından keçənlər arasında Binki Felsted, Ebbi Klensi, Aleşa Dikson, Vanessa Kirbi, Kler Foy, Mişel Kiqan və başqaları vardı.

Milli.Az