Morsun orqanizmə faydaları

15 May 2018 22:25

Mors alkoholsuz, sərinləşdirici içkidir. Morsun tərkibi meyvə, şəkər və baldan ibarət olur. Morsun maksimun dadlı və ətirli olması üçün isə ona sitrus meyvəsinin şirəsi, darçın, mixək, ətirli bitkilər(nanə, ballınanə, şalfey, qaxotu və s.) əlavə olunur. Mors qədim içkilərdən hesab olunur. Onu ən çox Rusiyada hazırlayıb və içiblər. Morsun tərkibində ən çox meşə giləmeyvələri moruq, böyrütkən, zirinc, quşüzümü və s. qatılıb. Meşə giləmeyvələrindən başqa mors, qırmızı çuğundur, yerkökü və balqabaqdan da hazırlanır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, mors içkisini iri mağazalardan almaq və ya evdə hazırlamaq mümkündür. Mors ev şəraitində aşağıdakı qaydada hazırlanır:
* Su qaynadırılır. Bu içkinin köküklənməməsi üçündür. Ən yaxşı vasitə isə artezian quyularından çıxan qazsız sudan istifadə etməkdir.
* İçkinin hazırlanması üçün turşuluq əmələ gətirməyən qabdan istifadə edilməlidir.
* İçkinin hazırlanmasında istifadə ediləcək meyvələrin şirəçəkən maşında şirəsi çıxarılır.
* Şəkər əlavə etməzdən əvvəl şirə su ilə qaynadılır.
Mütəxəssislər zavod şəraitində hazırlanan morsun daha faydalı olduğunu söyləyirlər. Bunun səbəbi isə hazırlanmış içkinin 120-140*C-də sterlizasiya olunmasındadır. Ev şəraitində onu normal sterlizasiya etmədikdə mors orqanizm üçün təhlükə törədə bilir.
Morsun faydalı xüsusiyyətləri
Soyuqlama və qripp xəstəliyi zamanı, soyuq havalarda xəstələnməmək üçün isti mors içmək çox faydalıdır. Tərkibində bitkilər olan mors orqanizm üçün ən faydalı içkilərdən hesab edilir. Morsun hazırlanması zamanı onun tərkibində olan meyvələrdəki vitamin və minerallar içkiyə çıxır. Giləmeyvələrdən hazırlanmış morsun tərkibində C, B, K, PP, A, E vitaminləri, makro və mikroelementlər(kalium, natrium, maqnium, marqans, sink, dəmir,barium, mis və s.), pektin və orqanik turşular( limon, benzoy, alma, üzüm, sirkə) var. Meşə giləmeyvəsi tərkibli mors orqanizm üçün çox faydalıdır. Bu mors növü orqanizmi tonuslandırır, möhkəmləndirir, enerji verir və tənəffüs orqanları xəstəliklərinin baş verməsinin qarşısını alır. Qara yemişandan hazırlanmış mors öd axınının sürətləndirir, moruqlu mors temperaturu aşağı salır. Qırmızı yemişandan hazırlanmış mors təzyiqi aşağı salır, anemiya əlamətlərini aradan qaldırır, ateresklerozun aradan qalxmasına yardım edir. Hamilə qadınlara hamiləliyin ilk üçaylığında qırmızı yemişan morsu içmək məsləhət görülür. Qırmızı yemişandan hazırlanan mors sidik sistemi orqanları üçün çox faydalıdır. Qara yemişandan hazırlanmış mors arterial təzyiqi aşağı salır, iltihab əleyhinə təsir göstərir və qan damarlarının möhkəmlənməsinə səbəb olur. Morsun hazırlanması üçün 1,5 litr suya 200 qram giləmeyvə və 150 qram şəkər tozu əlavə edilir. Giləmeyvələr soyuq su ilə yuyulmalı, amma sterlizasiya olunan zaman qarışıma qaynanmış su əlavə olunmalıdır. Qarışım suda qaynadılır. Digər meyvələrdən hazırladıqda isə meyvələrin şirəsi sıxılmalı və və üzərinə şəkər əlavə edilib qaynadılmalıdır. Morsu hazırladıqdan sonra 30-40 dəqiqə müddətində içmək çox faydalıdır. Bu zaman onun tərkibinbdəki qidalandırıcı maddələr öz keyfiyyətini daha yaxşı saxlamış olur. Onu yeməkdən 30-40 dəqiqə əvvəl içmək lazımdır. Mors artıq çəkidən xilas olmaq üçün əla vasitədir.
Morsun zərərli xüsusiyyətləri
6 ayına kimi olan uşaqlara mors içmək məsləhət görülmür. İsti yay günlərində həddindən çox mors içmək məsləhət görülmür. Bu ətraflarda şişkinliklərə səbəb ola bilir.
Milli.Az