Belçika yığmasının Bakıya gələcək heyəti açıqlandı

25 Avqust 2011 18:22
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Belçika yığmasının Bakıya gələcək heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Jorj Leekens Azərbaycanla oyuna 24 futbolçu dəvət edib.
 
Onların siyahısı ilə sizi də tanış edirik:

Qapıçılar: Tibo Kurtua (Atletico, İspaniya), Jan-Fransua Jille (Bologna, İtaliya), Simon Ninolye (Sunderland, İngiltərə);

Müdafiəçilər: Tobi Alderveyreld, Yan Vertongen (hər ikisi "Ajax", Hollandiya), Vinsent Kompani (Manchester City, İngiltərə), Nikolas Lomberts (Zenit, Rusiya), Denis Odoi (Anderlecht), Daniel van Buyten (Bayern, Almaniya), Yelle van Damm (Standart), Tomas Vermalen (Arsenal, İngiltərə);
 
Yarımmüdafiəçilər: Mussa Dembele (Fullham, İngiltərə), Maruan Fellaini (Everton, İngiltərə), David Hubert, Yelle Fossen (hər ikisi "Genk"), Vadis Ocica (Brugge), Timmi Simons (Nurnberg, Almaniya), Aksel Vitsel (Benfica, Portuqaliya);
 
Hücumçular: Dres Mertens (PSV, Hollandiya), İqor de Kamarqo (Borussia, Münhenqladbax, Almaniya), Romelu Lukaku (Chelsea, İngiltərə), Marvin Oqunjimi (Genk), Byorn Fleminks (Brugge), Eden Hazard (Lille, Fransa).

Qeyd edək ki, Azərbaycan - Belçika oyunu sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az