"Bacanaqlar"ın sevilən aktyoru ilk dəfə xanımı ilə - FOTO

11 May 2018 09:57

"Bacanaqlar" serialında Mətləb kimi tanınan Şükran Soltanov qala gecəsinə ilk dəfə olaraq həyat yoldaşı ilə qatılıb.

Milli.Az xəbər verir ki, cütlük yenicag.az-ın fotokamerasına poz verib.

Aktyorun xeyli çəki atdığı da diqqətdən qaçmayıb.

Ş.Soltanov saytımıza açıqlamasında buna pəhrizlə nail olduğunu deyib:

"Çox əziyyətlər çəkdim, pəhriz və məşqin hesabına istədiyim görünüşü əldə etdim".

Ş.Soltanov, əslində, qol güləşi üzrə idmançı olduğunu və aktyorluğa hobbi kimi baxdığını deyib:

"İdmançıyam, sadəcə olaraq, seriallara çəkilirəm. Aktyorluq mənim hobbimdir. "Bacanaqlar", "Ailəcanlı" və digər seriallarda rol almışam".

Həyat yoldaşının stilist olduğunu deyən aktyor onun qısqanclığını da gizlətməyib:

"Təbii ki, qısqanclıq olur, bu da sevgidən yaranan bir hissdir".

Milli.Az