BMW 300 min avtomobili geri çağırıb

10 May 2018 23:23

"BMW" avtokonserni böyük itkilər vermək üzrədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki,şirkət Böyük Britaniyadan 300 minə yaxın avtomobilini geri çağırır.

Buna səbəb sükanı sağ tərəfdə olan modellərin elektrosistemində ciddi nazaslığın ortaya çıxmasıdır.

Sözügedən nasazlıq hərəkət zamanı mühərriki sıradan çıxara, hətta sükan sistemini alt-üst edə bilər.

Söhbət 2007-2011-ci illər ərzində istehsal olunmuş, sükanı sağ tərəfdə olan "BMW" modellərindən gedir.

"Mən maşınla evə qayıdırdım, saatda 100km sürətlə şosedə irəliləyirdim. Birdən mühərrik dayandı, motor sensorunun indikatoru yandı. Sükan iflic oldu, əyləc sistemi isə çox zəif tuturdu", - deyə qəzalı vəziyyətə düşən şikayətçilərdən biri bildirib.

Bundan əvvəl, ötən il alman avtokonserni 36 minə yaxın avtomobili geri çağırmışdı.

Milli.Az