Obama Trampın İran qərarından danışdı: "Müharibə edəcəyimiz gün üçün tələsdik" - FOTO

9 May 2018 11:15

ABŞ-ın keçmiş prezidenti Barak Obama yeni prezident Donald Trampın İranın nüvə fəaliyyətini tənzimləyən beynəlxalq sazişlə bağlı qərarına münasibət bildirib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Obama açıqlamasında qeyd edib ki, Tramp bu sazişdən çəkilməklə "ciddi səhv" edib.

"Birgə Fəaliyyət planı olmadan, ABŞ nüvə silahlı İran və ya Yaxın Şərqdəki müharibə arasında seçim etmək şansını itirməklə nəticələnə bilər.

Biz ya təhdidlərlə yaşayıb, ya da qarşısını almaq üçün müharibə edəcəyimiz gün üçün tələsdik".

"Trampın dediyinə görə, İran terrorçulara dəstək olmaqla sazişə əməl etmir, İsraili və başqa qonşularını təhdid edir. Lakin elə sırf bu səbəbdən İranın nüvə silahı əldə etməsinə mane olmağımız lazım idi.

İranın nüvə proqramı sərbəst olsa, bu tezliklə bütün akspektlərdən daha təhlükəli olacaq. Artıq ABŞ-ın bu qərarla İranın qeyri-sabit davranışına qarşı çıxma gücü zəiflədi.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Bəxtiyar Umarlı
Milli.Az