İslamda 313 ədədi ilə bağlı nə deyilir?

10 May 2018 22:15

İslam mənbələrində 313 ədədi ilə bağlı bəzi rəvayətlər mövcuddur. Belə ki, tarixi məlumatlara görə, İslam tarixində ilk böyük savaş olan Bədr savaşında müsəlmanların sayı məhz 313 nəfər olmuşdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, müsəlmanlar bu döyüşdə sayca özlərindən üç dəfə artıq olan (min nəfər) müşriklərə qalib gəlmişdilər. Bəzi hədislərdə deyilir ki, Həzrət Davud Peyğəmbərin (ə) dövründə Talut adlı Bəni-İsrail hökmdarının başçılığı altında düşmənlərlə döyüşə yollanmış mömin əsgərlərin sayı da bu qədər olmuşdur. Bu hadisə barədə Bəqərə surəsinin 249-252-ci ayələrində məlumat verilir. Həmçinin, İmam Mehdinin (ə) xas (xüsusi) səhabələrinin də sayının 313 olacağı deyilir. Onların böyük əksəriyyəti əcəmlərdən (qeyri-ərəb xalqlardan) olacaq. Bu 313 nəfər İmamın (ə) ilk çağırışı ilə onun ətrafına toplaşacaq və zühur üçün lazım olan köməyi həzrətə göstərəcək.

Milli.Az