Bakı sakinini bıçaqlayan tutuldu

31 Mart 2010 11:29
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə martın 28-də saat 03:30 radələrində Sabunçu qəsəbəsi, Caparidze küçəsində baş verib. Həmin qəsəbənin sakini Zülfüqar Əmirov yaşadığı evin qarşısında döş qəfəsindən bıçaq xəsarətləri alaraq 3 saylı xəstəxanaya yerləşdirlib.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisədə təqsirli bilinən Nurəddin Sadıxov martın 30-da tutulub.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az