Quş yemlədiyinə görə tutuldu

24 Avqust 2011 18:56
Milli.Az xəbər portalı "Los Angeles Times"a istinadən bildirir ki, ABŞ-ın Los-Anceles şəhər məhkəməsi 59 yaşlı amerikalını Bob Houp hava limanının yanında göyərçinləri yemlədiyinə görə həbs edib.

Çarlz Duqlas məhkəməyə tabe olmamaq və ictimai asayişi pozmaqda suçlanıb. Onu 6 ay müddətinə qədər həbs və 1000 dollar məbləğində cərimə gözləyir.

2010-cu ilin sentyabrından bəri Duqlas hava limanını yanında bir neçə dəfə quş yemi və çörək qırıntıları ilə peyda olub. Hava limanı işçilərinin çoxsaylı xəbərdarlıqlarına rəğmən, o, il ərzində göyərçin yemləyib.

Duqlasın quşlara olan sevgisi isə hava limanının səmasını təyyarələr üçün çox təhlükəli edib. Limanın ətrafında yüzlərlə quş olduğundan hər ay hansısa təyyarəyə quşlar çarpılır.

İyul ayında "Southwest Airlines" aviaşirkətinin təyyarəsinə 30 göyərçin çarpılmışdı. Belə hallarda təyyarə dərhal qəza enişi edir. Üstəlik, Bob Houp limanının əməkdaşları quşların təyyarələrin turbinlərinə düşməsindən qorxurlar. Belə halda, çox ağır qəza baş verə bilər.

Milli.Az