Karlo Ançelotti İtaliya klubu ilə danışıqlar apardı

5 May 2018 09:24

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Karlo Ançelotti İtaliyanın "Yuventus" klubu ilə danışıqlar aparıb.

Milli.Az report-a istinadən xəbər verir ki, klub rəhbərliyi 59 yaşlı mütəxəssislə görüşüb. Təcrübəli baş məşqçi bu postda Massimiliano Alleqrini əvəzləyə bilər. Alleqrinin Turin təmsilçisi ilə müqaviləsi 2020-ci ildə başa çatır.

Qeyd edək ki, Korlo Ançelotti daha öncə İtaliya milli komandasına rəhbərlik etməkdən imtina edib.

Milli.Az